Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xətainin ana dilində yazdığı ƏLYAZMA TAPILDI: Sultan Süleymanın hücumu və... (foto)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Xətainin ana dilində yazdığı ƏLYAZMA TAPILDI: Sultan Süleymanın hücumu və... (foto)

Xətainin ana dilində yazdığı ƏLYAZMA TAPILDI: Sultan Süleymanın hücumu və... (foto)


AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdığı şeirləri aşkar edib.
AMEA-dan verilən məlumata görə, Xətainin Ankara Milli Kitabxanasındakı "Əlyazma" məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə olan əsərləri qəzəl və qoşma janrlarında yazılıb. Aşkar edilmiş ana dilindəki yeni qəzəldə I Şah Təhmasib Osmanlı imperatoru Sultan Süleymanın qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən danışaraq, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir.
Sözügedən məcmuədə Sultan Süleymanın bu şeirə nəzirə olaraq yazdığı cavab da əksini tapıb.

Xətainin ana dilində yazdığı ƏLYAZMA TAPILDI: Sultan Süleymanın hücumu və... (foto)

Geri dön