Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda rəsmi xəbər agentliyi işğal altında olan Dağlıq Qarabağa səfər etməyi təbliğ edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranda rəsmi xəbər agentliyi işğal altında olan Dağlıq Qarabağa səfər etməyi təbliğ edir

İranda rəsmi xəbər agentliyi işğal altında olan Dağlıq Qarabağa səfər etməyi təbliğ edir


İranda İslami İrşad və Mədəniyyət Nazirliyinin rəsmi lisenziyası ilə fəaliyyət göstərən “Pool News” xəbər agentliyi iranlıları Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməyə təşviq edir.

“Qarabağa səfər üçün bələdçilik” başlığı ilə yayılan yazıda Dağlıq Qarabağda erməni mədəniyyətinin hakim olduğu vurğulanaraq bu ərazilər müstəqil məntəqə adlandırılıb. Həmçinin Dağlıq Qarabağın Azərbaycan, İran və Ermənistan ölkələri ilə qonşu olduğu qeyd edilib.

Yazıda əlavə olunub ki, Azərbaycan və Ermənistan bu bölgədə 1988-ci ildən 1994-cü ilədək etnik mürahibəsi edib, bu ölkələr bir-birinə qarşı etnik təmizləmə aparmağa çalışıb.

“Diqqət etmək lazımdır ki, Dağlıq Qarabağa görə Azərbaycanla Ermənistan arasında ixtilaf var. Ona görə də pasportunda bu məntəqənin vizası vəya giriş-çıxış möhürü olan turistlər Azərbaycan Respublikasına buraxılmır. Lakin özünü ölkə kimi elan edən Qarabağ rəhbərliyi bu məsələdən xəbərdardır və kimsənin Azərbaycana səfər etməsinə mane olmur. Pasport sahibi razılıq verərsə ona viza vəya möhür vurulur. Əgər siz “Pasportunuza viza vəya möhür vurulmasını istəyirsinizmi?” sualına “xeyir” desəniz, o zaman sizə vizanı əzəv edən bir vərəqə veriləcək. O vərəqə sizin Xarici İşlər Nazirliyində olduğunuzu göstərəcək”- deyə Qarabağa səfərlə bağlı yayılan yazıda qeyd olunub.

Daha bir neçə İran saytında yayılan xəbərdə Dağlıq Qarabağa hansı yollarla səfər etmək, lazım olan sənədlər və s. barədə geniş məlumat verilib.

Şübhəsiz ki, işğal altında olan ərazilərə səfər etmək istəyən iranlılar bir çox halda pasportlara möhür vurulmaması şansından sui-istifadə edərək Dağlıq Qarabağa səfər edirlər, pasportlarda möhür olmadığı üçün bunu sübut etmək məsələsi də çətindir.

Qeyd edək ki, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra İran rejimi bu ölkənin dövlətçiliyinə qarşı müxtəlif üsullardan istifadə edib. İranın Azərbaycana təzyiq vasitələrindən biri də Ermənistan və Qondarma Dağlıq Qarabağ Respublikasına yardım etməkdir.

“Pool News” agentliyində yayılan xəbər:
http://www.poolnews.ir/fa/news/250403/%D8%B1%D8%A7%D9%87%D9%86%D9%85%D8%A7%DB%8C-%D8%B3%D9%81%D8%B1-%D8%A8%D9%87-%D9%82%D8%B1%D9%87-%D8%A8%D8%A7%D8%BA-%D8%B9%DA%A9%D8%B3

Geri dön