Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” Asiya Çempionlar Liqasına vəsiqə qazandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” Asiya Çempionlar Liqasına vəsiqə qazandı

“Traxtur” Asiya Çempionlar Liqasına vəsiqə qazandı


Təbrizin “Traxtur” futbol komandası Tehranın “Neft” takımını arxada qoyaraq Asiya Çempionlar Liqasına vəsiqə qazanıb.

İran Klublarına Peşəkarlıq Vəsiqəsi verən Komitə bazar günü keçirdiyi iclasda Azərbaycanın “Traxtur” və Tehranın “İstiqlal” və “Perspolis” komandalarına peşəkarlıq vəsiqəsi verərək onların Asiya Çempionlar Liqasına qatılmasını qətiləşdirib.

Tehranın “Neft” komandası isə bu oyunlara yol tapa bilməyib, onu İsfahanın “Zob ahən” komandası əvəz edib.

İranın Asiya oyunlarında 3+1 səhmini nəzərə aldıqda “Traxtur”, “İstiqlal” və “Perspolis”in Asiya Çempionlar Liqasına qatılacağı qətidir, lakin “Zob ahən” komandası bunun üçün hələ Play-off mərhələsində iştirak etməlidir.

Əslində “Traxtur” komandası Play-off mərhələsini adladıqdan sonra Asiya Çempionlar Liqasına qatılmalı idi, lakin komitənin verdiyi vəsiqədən sonra komanda bir başa Asiya oyunlarında iştirak edəcək.

“Traxtur” komandası bundan öncə Asiya Çempionlar Liqasında 4 dəfə iştirak edib.

Geri dön