Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əndəryan kəndinin əhalisi qızıl mədəninin qarşısında etiraz yığıncağı keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əndəryan kəndinin əhalisi qızıl mədəninin qarşısında etiraz yığıncağı keçirib

Əndəryan kəndinin əhalisi qızıl mədəninin qarşısında etiraz yığıncağı keçirib


Vəziğanın Əndəryan kəndinin (Əndirqan kəndi) əhalisi kəndin yaxınlığında yerləşən qızıl mədəninin qarşısına toplaşaraq bu mədənin qanunsuz fəaliyyətinə etiraz ediblər.

Etiraz yığıncağı bazar günü yerli vaxtla saat 9 radələrində baş tutub.

Kənd əhalisi mədəndə siyanür kimi təhlükəli zəhərli maddələrdən düzgün istifadə olunmaması və bunun ətraf mühitə vurduğu ziyana etiraz edib. Yerli mənbələr tərəfindən yayılan məlumata əsasən, 3 gün əvvəl mədəndə çalışan bir qazaxıstanlı işçi zəhərlənərək hökumət qüvvələri tərəfindən naməlum istiqamətə aparılıb. Son bir il müddətində mədəndə bir neçə nəfərin zəhərləndiyi bildirilir.

Kənd əhalisinin etirazından sonra mədən müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Həmçinin etirazlarla bağlı mədənə baxış keçirmək üçün Tehrandan Əndəryan kəndinə bir heyət yola düşüb, heyət mədəndəki vəziyyəti araşdıracaq.

Əndəryan Kəndi və bölgə əhalisi işsiz olduğu halda İran rejimi sözügedən mədəndə Çin, Qazaxıstan, Rusiya, Gürcüstan və Ermənistan ölkələrinin vətəndaşlarını çalışdırır. Mədənin fəaliyyətindən bölgə əhalisinə nəsib olan isə yalnız ətraf mühitin korlanmasıdır. Vərziğan Şəhəri Ətraf Mühit Mühafizəsi İdarəsinin rəisi bildirib ki, mədən, fəaliyyətinin davamı üçün ətraf mühitin vəziyyətini qiymətləndirən komitədən icazə almayıb.

Əndəryan kəndinin əhalisi tələbləri təmin olunmayacağı təqdirdə daha geniş etiraz yığıncaqlarının keçiriləcəyi barədə xəbərdarlıq ediblər.

Geri dön