Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ: “İRAN “PARÇİN” NÜVƏ TƏSİSATINI TƏMİZLƏMƏKLƏ MƏŞĞULDUR”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > ABŞ: “İRAN “PARÇİN” NÜVƏ TƏSİSATINI TƏMİZLƏMƏKLƏ MƏŞĞULDUR”

ABŞ: “İRAN “PARÇİN” NÜVƏ TƏSİSATINI TƏMİZLƏMƏKLƏ MƏŞĞULDUR”


Beynəlxalq Atom Enerjisi Agentliyində ABŞ-ı təmsil edən Robert Vud iyunun 5-də jurnalistlərə açıqlamasında İranın “Parçin” nüvə təsisatlarında şübhəli fəaliyyətlərin davam etdirildiyini bildirib.

Robert Vud deyib ki, kosmosdan çəkilmiş şəkillər İran hökumətinin Tehranın yaxınlığındakı “Parçin” nüvə təsisatında təmizləmə işləri apardığını göstərir: “İran açıq-aşkar “Parçin” hərbi nüvə təsisatını və onun ətrafını təmizləməklə məşğuldur. İran faktiki olaraq uranı aşağı səviyyədə zənginləşdirməyi sürətləndirib. Halbuki dinc məqsədlər üçün bu qədər urana və onu zənginləşdirməyə ehtiyac yoxdur.

Əgər doğrudan da İranın gizlətməyə heç nəyi yoxdursa, onda nəyə görə Beynəlxalq Atom Enerjisi Agentliyi ekspertlərinin “Parçin” nüvə təsisatında reyd keçirməsinin qarşısını alır və açıq-aşkar tələm-tələsik şəkildə bu təsisatda apardığı fəaliyyətlərin izini silib təmizləməklə məşğuldur?”.

Geri dön