Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstanbulda Osmanlı dövrünün arxivlərinə dair konfrans işə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türkün şanlı tarixi > İstanbulda Osmanlı dövrünün arxivlərinə dair konfrans işə başlayıb

İstanbulda Osmanlı dövrünün arxivlərinə dair konfrans işə başlayıb


İstanbulda İkinci Beynəlxalq Osmanlı coğrafiyası arxivləri konfransı işə başlayıb. Konfransdan əvvəl Osmanlı dövrünə dair rəsmi sənədlərdən ibarət sərgi nümayiş olunub. Rəsmi açılışdan sonra Osmanlı dövlətinin hərbi marşlarını canlandıran orkestrin ifası dinlənilib.

Konfransda Osmanlı dövlətində mədəniyyətin inkişafı, mülkiyyət hüququ, insan haqlarının qorunması, mətbuat işləri və s. mövzularda müzakirələr aparılıb.

Panellərdə Osmanlı arxivlərinin açılması sayəsində saxta “erməni məsələsi”nin ədalətli şəkildə çözülməsi imkanlarına dair məruzələr dinləniləcək, arxivlərə müraciət edən xarici tədqiqatçıların qarşılaşdıqları çətinliklərin həllinə dair fikir mübadiləsi aparılacaq.

Konfrans noyabrın 24-dək davam edəcək.

Sabir Şahtaxtı

Geri dön