Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nizami Gəncəvinin Dərbənddəki abidəsinə ziyan vurulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Dərbənd > Nizami Gəncəvinin Dərbənddəki abidəsinə ziyan vurulub

Nizami Gəncəvinin Dərbənddəki abidəsinə ziyan vurulub


"Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Dağıstanın Dərbənd şəhərindəki abidəsinə ziyan vurulub. Şəhər meriyası abidənin təhlükəsizliyinin təmin olunması ilə bağlı müraciətlərimizə cavab vermir".

Onun sözlərinə görə, naməlum şəxslər şairin heykəlinin baş barmağını sınıdırb və abidə ətrafındakı parkı pis vəziyyətə salıblar.
"Ağaclar kökü ilə qarışıq torpaqdan çıxarılıb, qazon tapdanıb. Müvafiq tədbirlərin görülməsi və vandalların nəhayət, cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına və meriyaya müraciət etmişik" - T.Hacəliyev bildirib.
Onun sözlərinə görə, bu, artıq ilk belə hadisə deyil.
"2015-ci ilin yanvar ayında abidəni yandırmışdılar. Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun göstərişi ilə abidə bərpa edildi, onun ətrafında isə abadlıq işləri həyata keçirildi. Amma park ərazisində müşahidə kameraları quraşdırılmadı və buna görə də də belə əməli törədənlər məsuliyyətdən qaçmağı bacarır. Ümid edirəm ki, bu dəfə problemə daha ciddi yanaşacaqlar və cinayətkarlar yaxalanacaq", - diaspor rəhbəri vurğulayıb.

Geri dön