Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazir: "Narkomanlar tam sağaldığı halda, cinayət məsuliyyətindən azad ola biləcəklər"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Nazir: "Narkomanlar tam sağaldığı halda, cinayət məsuliyyətindən azad ola biləcəklər"

Nazir: "Narkomanlar tam sağaldığı halda, cinayət məsuliyyətindən azad ola biləcəklər"


"Azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə azadlığın məhdudlaşdırılması yeni cəza növü daxil edilib. Həmçinin Məcəlləyə elektron nəzarət vasitələrinin tətbiqi, cəzanı yüngülləşdirən halların dairəsinin genişləndirilməsi, cəzanın təyin edilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı mühüm dəyişikliklər olunub".
Bunu ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, bundan başqa, zərərçəkmiş şəxslə barışma institutu təkmilləşdirilib, ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi, müvafiq hüquqpozmanın aradan qaldırılması şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən edilib.
F.Məmmədov bildirib ki, yeni dəyişikliklərə əsasən, əməlində başqa cinayət tərkibi olmayan narkomaniya xəstəliyinə düçar olmuş şəxslər stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla tam sağaldığı halda, cinayət məsuliyyətindən azad ola biləcəklər.

Geri dön