Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MÖHSÜN RZAYİ:"Ölkədə bahalıq,işsizlik infilyasiya cidi problemə çevrilib"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > MÖHSÜN RZAYİ:"Ölkədə bahalıq,işsizlik infilyasiya cidi problemə çevrilib"

MÖHSÜN RZAYİ:"Ölkədə bahalıq,işsizlik infilyasiya cidi problemə çevrilib"


İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayi iyunun 6-da jurnalistlərə açıqlama verib.

Ölkə iqtisadiyyatının durumundan gileylənən Möhsün Rzayi deyib ki, işsizlik, inflyasiya və bahalıq ciddi bir problemə çevrilib: “Biz hələ işsizlik, inflyasiya, bahalıq və iqtisadi gerilik kimi problemləri həll edə bilməmişik. Hazırda bizim bir çox zavodumuz fəaliyyətini dayandırıb. Bəziləri bunun səbəbini ölkəyə qarşı sanksiyalarda görürlər. Lakin hesab edirəm ki, bunun sanksiyalara aidiyyəti yoxdur.

Ölkədə heç kəs öz yerində deyil. Əgər hər kəs öz yerində olsaydı, bu ölkənin heç bir problemi olmazdı. Yalnız hər kəs öz yerini bilib layiq olduğu yerdə qərarlaşacağı təqdirdə ölkədə hansısa bir möcüzənin şahidi olacağıq”.

Geri dön