Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran rejimi daha bir azərbaycanlı fəalın elmi planını pozdu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran rejimi daha bir azərbaycanlı fəalın elmi planını pozdu

İran rejimi daha bir azərbaycanlı fəalın elmi planını pozdu


Azərbaycan türk milləti arasında Milli Hərəkat gücləndikcə, İran rejiminin milli-mədəni fəallara qarşı təzyiqi də artır.Son məlumata görə, bu günə qədər dəfələrlə təzyiqlərə məruz qalan azərbaycanlı fəal Ümid Turi Azərbaycan universitetindən uzaqlaşdırılıb və ona iki gün öncə deyilib ki, artıq universitet mühitinə daxil ola bilməz.Universitetin təhlükəsizlik bölümü adını çəkdiyimiz öyrəncinin özü və ailəsini təhdid də edib.Qeyd edək ki, milli şüur azərbaycanlı öyrəncilər arasında durmadan artır. Rejim isə gələcəyə elmi planları olan öyrənciləri, onların planlarını pozmaq və təhsildən məhrum etməklə bağlı təhdid edir və yeri gələndə bu məkrli siyasəti həyata da keçirir. ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) bu siyasəti bütün universitetlərə hakim kəsilib.

Geri dön