Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya Ədliyyə Nazirliyi ÜAK-ı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb, təşkilatın ləğvi rəsmiləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Rusiya Ədliyyə Nazirliyi ÜAK-ı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb, təşkilatın ləğvi rəsmiləşib

Rusiya Ədliyyə Nazirliyi ÜAK-ı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb, təşkilatın ləğvi rəsmiləşib


Ümumrusiya Azərbaycan Konqressinin birinci instansiya məhkəməsinin və Apellyasiya Kollegiyasının qurumun ləğvi haqqında qərarından Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə noyabrın 2-də verdiyi kassasiya şikayəti geri qaytarılıb.

Ali Məhkəmənin Rəyasət Heyəti ÜAK-ın kassasiya şikayətini geri qaytarıb.

Rusiya Federasiyası Ədliyyə Nazirliyi də öz növbəsində ÜAK-ı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb. Bununla da, ÜAK təşkilat olaraq legitimliyini itirib, ləğvi rəsmiləşib.

Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.

Sentyabrın 19-da Ali Məhkəmənin Apellyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Rusiyanın 70-dən çox regionundakı Azərbaycan icmasıın rəhbərləri qeydiyyatı ləğv edilmiş ÜAK-ın prezidenti akademik Fazil Qurbanova yeni Azərbaycan diaspor təşkilatının yaradılması və bu təşkilata onun rəhbərlik etməsi üçün müraciət ediblər.


Geri dön