Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tanınmış azərbaycanlı şair ustad Barışmazın yaradıcılıq gecəsi keçirilib – Marağada
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tanınmış azərbaycanlı şair ustad Barışmazın yaradıcılıq gecəsi keçirilib – Marağada

Tanınmış azərbaycanlı şair ustad Barışmazın yaradıcılıq gecəsi keçirilib – Marağada


Güney Azərbaycanın Marağa şəhərinin Əbdülqadir Marağalı Mədəniyyət və İncəsənət Kompleksində Barışmaz təxəllüsü ilə tanınan görkəmli şair, yazıçı və ədəbiyyatçı ustad Heydər Abbasinin yaradıcılıq gecəsi keçirilib.

Dekabrın 6-da başlayan tədbir iki gün davam edəcək.

Çox sayda mədəniyyət və incəsənət xadiminin qatıldığı mərasimdə görkəmli şairin müxtəlif sahələrdəki fəaliyyəti təqdir olunub.

Mərasimdə Azərbaycanın tanınmış şairləri, o cümlədən Kərimi Marağalı, Nadir İlahi, Vədud Dusti və daha bir neçə şair çıxış edərək ustad Barışmazın həyat və yaradıcılıq fəaliyyəti barədə danışıb və şeirlər oxuyublar.

Ustad Barışmaza həsr olunmuş yaradıcılıq gecəsinin icra katibi Əhməd Dadrəs Fəyyaz tədbirdə çıxış edərək bildirib ki, “Bu tədbir Marağanın 12-ci vizual sənətlər festivalı sayılır, festival ustad Hüydər Abbasinin əsərlərinə həsr olunub. Tədbirdə ustadın əsərlərini təhlil edən “Mən özgədir, unut məni” kitabının təqdimatı, ustad Barışmazın büstünün açılışı, şeir oxumaq və göndərilən elmi-ədəbi məqalələrin təqdim edilməsi kimi proqramlar nəzərdə tutulub.”

Əhməd Dadrəs Fəyyaziın sözlərinə görə, “bu günə qədər tədbirin katibliyinə 100-dən çox incəsənət və mədəniyyətlə bağlı əsər və məqalələr göndərilib. Onlardan bir neçə seçilmiş əsər tədbir iştirakçılarına təqdim olunacaq.”

Marağanın Bələdiyyə başqanı da öz çıxışında ustad Barışmazın müxtəlif sahələrdəki fəaliyyətini təqdir edib.
“Bu tədbir Azərbaycanın böyük ustadı cənab Barışmazın mədəniyyət, ədəbiyyat və incəsənət sahəsindəki yaradıcılıq fəaliyyətini qiymətləndirmək üçün yaxşı fürsətdir. Bələdiyyə İdarəsi də öz növbəsində ustadın elmi-ədəbi fəaliyyətini yüksək qiymətləndirərək şəhərin meydanlarının birində onun büstünü qoyub və açılış mərasimi keçirəcək”- deyə o bildirib.

Heydər Abbasi 1943-cü ildə (hicri şəmsi təqvimi ilə 1322-ci il) Güney Azərbaycanın Marağa şəhərində doğulub. İbtidai təhsilini doğulduğu şəhərdə alan şair, ingilis dili ixtisası üzrə ali təhsil alıb.
Heykəltəraş, xəttat və rəssam kimi də tanınan ustad Barışmaz türk, ərəb, ingilis, fransız, rus və fars dilllərini mükəmməl bilir. Ən çox türk dilində yazıb-yaradan şair 50-dən çox dəyərli əsərin müəllifidir. Nəhcül-Bəlağənin təfsiri və türkcə tərcüməsi, Dartılmış dənələr, Çağırılmamış qonaqlar, Səs və divarlar və s. onun qiymətli əsərləri sırasındadır.

Geri dön