Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı fəal Mehdi Üsuli istintaqa çağırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney azərbaycanlı fəal Mehdi Üsuli istintaqa çağırılıb

Güney azərbaycanlı fəal Mehdi Üsuli istintaqa çağırılıb


Azərbaycanlı milli-mədəni fəal Mehdi Üsuli Xiyavi, sorğu-suala tutulmaq üçün Ərdəbil məhkəməsinin istintaq (bazporsi) şöbəsinə çağırılıb. Üsuli iyunun 11-i (xordadın 22-i), yerli vaxtla saat 10:00-da 5-ci şöbədə olmalıdır.Bu çağırış azərbaycanlı fəalın 2011-ci il senyabrın 12-i (1390-cı il şəhrivərin 21-i), Ərdəbildə Urmu Gölü ilə bağlı keçirilən etiraz yürüşündə tutulması ilə bağlıdır. Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal Ərdəbil universitetində tibb üzrə təhsil alır. O, 2011-ci il senyabrın 12-də (1390-cı il şəhrivərin 21-də) urmu gölü ilə bağlı keçirilən etiraz yürüşü zamanı tutuqlanıb və 2 həftə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

Geri dön