Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP sədri, Millət Vəkili Fərəc Quliyev Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayında iştirak edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > MDH, Diaspor > MDHP sədri, Millət Vəkili Fərəc Quliyev Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayında iştirak edib

MDHP sədri, Millət Vəkili Fərəc Quliyev Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayında iştirak edib


7 iyun 2012-ci il tarixində İsrailin Tel-Əviv şəhərində “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı başlayıb. Qurultayın işində AR Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları Fərəc Quliyev, Asim Mollazadə və Yevda Abramov iştirak ediblər. Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qurultayda İsrail dövlətinin baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman, Absorbsiya naziri xanım Sofa Landver, turizm naziri Stas Misejnikov, “Bizim Evimiz İsraildir” partiyasının Baş katibi xanım Faina Kirşenbaum, Knessetin Təhsil, Mədəniyyət və İdman komissiyasının sədri Aleks Miller, İsrailin Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İosif Şaqal, Knessetin deputatları Orit Zuareç, Nino Abesadze iştirak ediblər. Qurultaya Rusiya yəhudi Konqresinin vitse-prezidenti German Zakaryayevin rəhbərlik etdiyi nümayəndə heyəti, diaspor təşkilatlarının və İsrail dövlətinin kütləvi informasiya vasitələrinin nümayəndələri də qatılıblar.
Qurultayın Mandat Komissiyasının sədri Yuriy Boçarov qurultayın işində İsrailin 18 şəhərindən 159 nümayəndənin iştirak etdiyini qeyd edərək “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayının işə başlamaq üçün səlahiyyətli olduğunu bildirib.
Qurultayda Avrasiya rusdilli yəhudilər icmasının nümayəndəsi Şimon Briman, Amerika Dağ Yəhudiləri İcmasının rəhbəri Norbert Yevdayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yevda Abramov, İsrail Dövlətinin Belarus Respublikasındakı səfiri, “Azİz” Beynəlxalq Assosiasiyasının ilk rəhbəri İosif Şaqal, İsrailin Absorbsiya naziri xanım Sofa Landver, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə, Rusiya yəhudi Konqresinin vitse-prezidenti German Zakaryayev çıxış edərək qurultay iştirakçılarını təbrik etmiş, toplantının işinə uğurlar arzulayıblar.
İsrail dövlətinin xarici işlər naziri Aviqdor Liberman “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının fəaliyyətini İsrail dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlərin inkişafına öz töhfəsini verdiyini bildirib. A.Liberman yəhudi xalqının minilliklər ərzində müxtəlif ölkələrə səpələndiyini, və onlara qarşı münasibətin heç də həmişə humanist olmadığını söyləyib, Azərbaycanda isə yəhudilərə daima dost və qardaş münasibəti bəsləndiyini qeyd edib. Azərbaycanla İsrail dövləti arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən A.Liberman hər iki ölkənin mürəkkəb regionda yerləşdiyini, dözümlülük və sağlam düşüncə prinsiplərini rəhbər tutaraq siyasət yürütdüklərini vurğulayıb.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yarandığı vaxtdan ötən 5 il ərzində özünü doğrultduğunu qeyd edib. O “Azİz” Beynəlxalq Assosiasiyasının İsrailin Azərbaycanla əlaqələrinin genişləndirilməsi işinə töhfə verdiyini bildirib, onun Azərbaycanın siyasi və geosiyasi vəziyyəti, Azərbaycan xalqının mədəniyyəti və ənənələri, onun əldə etdiyi nailiyyətlər haqqında İsrail vətəndaşlarını ətraflı məlumatlandırmasında böyük xidmətləri olduğunu vurğulayıb. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayının 450-yə çatdığını qeyd edən Nazim İbrahimov “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının onların arasında xüsusi yeri olduğunu bildirib. Dövlət Komitəsinin sədri “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının İsrail dövlətinin sosial-siyasi, dövlət və iqtisadi həyatında daha yüksək pillə tutması üçün lazımi potensiala malik olduğunu qeyd edərək “Azİz”-in qurultayda seçiləcək yeni sədrinin təşkilat qarşısında dayanan bu vəzifələrə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyinə əmin olduğunu bildirib və qurultayın işinə uğurlar arzulayıb.
Natiqlərin çıxışlarından sonra “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının nizamnaməsinə əlavə və dəyişikliklər edilərək qəbul olunub. Daha sonra Qurultay qətnaməsi olunub, yeni idarə heyəti seçilib. Knessetin Təhsil, Mədəniyyət və İdman komissiyasının sədri Aleks Miller “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yeni prezidenti seçilib.
“Azİz” Azərbaycan İsrail Beynəlxalq Assosiasiyasının yeni seçilmiş prezidenti Aleks Miller çıxış edərək qurultay nümayəndələrinə ona göstərilən etimada görə təşəkkürünü bildirib və “Azİz” Beynəlxalq Assosiasiyasının daha da inkişaf etməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

MDHP sədri, Millət Vəkili Fərəc Quliyev  Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayında iştirak edib

MDHP sədri, Millət Vəkili Fərəc Quliyev  Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayında iştirak edib

MDHP sədri, Millət Vəkili Fərəc Quliyev  Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayında iştirak edib

Geri dön