Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində yekun beynəlxalq konfrans keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində yekun beynəlxalq konfrans keçiriləcək

Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində yekun beynəlxalq konfrans keçiriləcək


Dekabrın 21-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda yekun beynəlxalq konfrans keçirəcək.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, “İslam Həmrəyliyi İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə təşkil ediləcək konfransda 40-dan çox ölkədən və 8 beynəlxalq təşkilatdan 200-dən artıq elm, din xadimi, ictimai-siyasi xadimlər iştirak edəcəklər.

Xatırladaq ki, “İslam Həmrəyliyi İli” çərçivəsində indiyədək Bakıda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda, İspaniyada, Rusiyada və Naxçıvanda beynəlxalq tədbirlər keçirilib.

Geri dön