Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiyənin Şəhər Şurası qurumun lövhəsində yol verilən təhriflə bağlı iclas keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiyənin Şəhər Şurası qurumun lövhəsində yol verilən təhriflə bağlı iclas keçirib

Urmiyənin Şəhər Şurası qurumun lövhəsində yol verilən təhriflə bağlı iclas keçirib


Urmiyədə 5-ci Şəhər Şurası fəaliyyətə başladıqdan sonra ilk dəfə coğrafi məkanların adları ilə bağlı iclas keçirilib.

İclasda Urmiyə Şəhər Şurasının qapısının üzərindəki lövhədə şəhərin adı ilə bağlı yol verilən təhrif müzakirə olunub.

Bu barədə Urmiyə Şəhər Şurasının üzvü Murtaza Piri rəsmi Teleqram kanalında məlumat yayaraq məsələnin Şura üzvləri tərəfindən geniş şəkildə müzakirə olunduğunu bildirib.

Şəhər Şurası üzvünün sözlərinə görə, iclasda Urmiyənin tarixi kimliyi və coğrafi adlarının bərpası məsələsinə də baxılıb. O iclasda alınan qərarlarla bağlı heç bir məlumat verməyib.

M.Piri bundan öncə sözügedən lövhədə Urmiyənin tarixi kimliyinə uyğun olaraq düzəliş ediləcəyini bildirmişdir.

“Urmiyənin tarixi kimliyinin bərpası və şəhərdəki məhəllələrin adları ilə bağlı 4-cü Şəhər Şurasının çıxardığı qərarlar, hazırkı Şura üçün meyar olacaq” deyə yayılan məlumatda bildirilir.

Xatırladaq ki, ötən günlərdə Urmiyə Şəhər Şurası binasının qapısının üzərindəki lövhədə “Urmiyə Şəhər Şurası”nın adı “Urumiyə Şəhər Şurası” kimi yazılaraq bu şəhərin tarixi adı təhrif edilib. Bələdiyyə məmurlarının bu işi kiçik dəyişiklik kimi görünsə də, onun rejimin Azərbaycanın coğrafi adlarını dəyişdirmə planının tərkib hissəsi olduğu kimsədə şübhə doğurmur.

Geri dön