Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gələn ildən Azərbaycanda din xadimləri maaş alacaqlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Gələn ildən Azərbaycanda din xadimləri maaş alacaqlar

Gələn ildən Azərbaycanda din xadimləri maaş alacaqlar


"Gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərimiz rəsmi şəkildə əməkhaqqı alacaqlar".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, hazırda əməkhaqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur: "Əsas odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əməkhaqqı alacaqlar".
Komitə sədri bildirib ki, əməkhaqqının verilməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti var: "Bugünlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvləri və rəhbərliyi açıqlanacaq. Hesab edirəm ki, fond yanvar ayından fəaliyyət göstərəcək. Fevraldan din xadimləri maaş ala bilərlər".

Geri dön