Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daşnak liderdən sərsəm iddia: “Türkiyə 6 vilayətin idarəçiliyini Ermənistana versin”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Daşnak liderdən sərsəm iddia: “Türkiyə 6 vilayətin idarəçiliyini Ermənistana versin”

Daşnak liderdən sərsəm iddia: “Türkiyə 6 vilayətin idarəçiliyini Ermənistana versin”


Türkiyənin “Vatan” qəzetinin əməkdaşı Uğur Koçbaş Ermənistanın Daşnaksütyun Partiyasının xarici əlaqələr müşaviri Kiro Manoyandan müsahibə alıb. Partiya rəsmisi müsahibə zamanı bildirib ki, Türkiyə ilə münasibətlərin qurulmasına müsbət yanaşırlar.
K.Manoyan bu münasibətlərin qurulmasından sonra gələcək tələblərini də açıqlamaqdan çəkinməyib: “Türkiyə “soyqırımı”nı tanısın, öldürülən ermənilər üçün təzminat ödəsin, erməni əhalinin sıx yaşadığı 6 vilayətin idarəçiliyini Ermənistana versin”.
Qeyd edək ki, “Vilayət-i Sitte” olaraq tanınan 6 vilayət bugünkü coğrafi sərhədlərə bölünəndə Ərzurum, Ərzincan, Ağrı, Van, Hakkari, Bitlis, Muş, Şırnak, Batman, Siirt, Diyarbakır, Mardin, Malatya, Bingöl, Sivas, Amasya, Tokat və Giresunun bir hissəsini əhatə edir.

Geri dön