Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məktəblilər sosial şəbəkələrdəki təhlükəli oyunların mənfi nəticələri barədə məlumatlandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Məktəblilər sosial şəbəkələrdəki təhlükəli oyunların mənfi nəticələri barədə məlumatlandırılıb

Məktəblilər sosial şəbəkələrdəki təhlükəli oyunların mənfi nəticələri barədə məlumatlandırılıb


Xəzər Rayon Polis İdarəsi rəhbərliyinin təşəbbüsü ilə Şüvəlan qəsəbəsindəki 237 nömrəli tam orta məktəbdə profilaktiki və maarifləndirici tədbir təşkil olunub. Tədbir “Narkomaniya sosial bəladır”, “Polis uşaqların gözü ilə”, “Sosial şəbəkələrdə yayılmış və uşaqların həyatı üçün təhlükəli olan oyunlardan onları qorumaq” mövzularına həsr edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayon polis idarəsinin rəisi, polis polkovniki Azər Muradov tədbirdə çıxış edərək yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin, narkomaniya və digər zərərli vərdişlərin sosial bəlaya gətirib çıxardığını deyib. O, belə maarifləndirici tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində xüsusi əhəmiyyəti olduğunu qeyd edib.

Rayon polis idarəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovniki İsmayıl Qasımov və Polis Akademiyasının inzibati hüquq kafedrasının müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov “Polis uşaqların gözü ilə” mövzusunda məruzələrlə çıxış edərək gənclərə vətənimizə, dövlətimizə sadiq olmağı, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin hünərlərindən nümunə götürməyi, vətənpərvərlik ruhunda böyüməyi tövsiyə ediblər.

Sonra Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şüvəlan qəsəbəsinin ağsaqqalları və ictimaiyyət təmsilçiləri, rayon polis idarəsinin əməkdaşları və müəllimlər tərəfindən azyaşlıların sosial şəbəkələrdə yayılan təhlükəli oyunlardan qorunmaları üçün şagirdlərin kompüter və telefonlarına valideynlərin nəzarətinin gücləndirilməsi tövsiyə olunub.

Geri dön