Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əzizağa Qənizadə: Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şübhəsizdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Əzizağa Qənizadə: Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şübhəsizdir

Əzizağa Qənizadə: Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şübhəsizdir


Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şübhəsizdir.

Bunu ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı fikirləri barədə açıqlamasında deyib.

Ə.Qənizadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanvarın 10-da Nazirlər Kabinetinin iclasında torpaqlarımızın düşmən tapdağından azad olunması haqqında söylədiyi fikirlər Silahlı Qüvvələrimizin hərbi qüdrətini tam əhatəli ifadə edir: “Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şübhəsizdir və birmənalıdır. Torpaqlarımızı işğalda saxlayan Ermənistan rəhbərliyi də bunu çox yaxşı bilir. Ermənilər onu da yaxşı bilirlər ki, işğal olunmuş əraziləri yaxın vaxtlarda qeyri-şərtsiz tərk etmədikləri təqdirdə Azərbaycan Ordusu döyüşlərə başlasa özlərini mənasız itkilərə və ağır sınaqlara məhkum etmiş olacaqlar. Onlara məsləhət görürəm ki, özlərini yenidən bu təhlükəyə atmasınlar, real həqiqətlərə söykənərək düzgün qərar qəbul etsinlər və torpaqlarımızdan rədd olsunlar”.

Geri dön