Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Polkovnik Şair Ramaldanov: Ermənistan ordusunun əsgərləri psixoloji gərginlik içərisindədirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Polkovnik Şair Ramaldanov: Ermənistan ordusunun əsgərləri psixoloji gərginlik içərisindədirlər

Polkovnik Şair Ramaldanov: Ermənistan ordusunun əsgərləri psixoloji gərginlik içərisindədirlər


Azərbaycanın işğal olunan ərazilərində xidmət edən Ermənistan ordusunun əsgərləri ciddi psixoloji gərginlik içərisindədirlər. Çünki onlar bilirlər ki, işğal olunmuş ərazilərimizdə xidmət edirlər.

Bunu açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, bu gün ciddi sosial problemlərin yaşandığı Ermənistanda kütləvi iğtişaşların ardı-arası kəsilmir. Ermənistan cəmiyyətini, ailələrini, analarını narahat edən məsələ övladlarının məcburi surətdə Dağlıq Qarabağa göndərilməsidir. Onlar övladlarının Qarabağa göndərilməsini istəmirlər. Ermənistan cəmiyyəti ölkə rəhbərliyindən tələb edir ki, bizim gənclər Qarabağda yox, Ermənistanda xidmət etsinlər, öz torpaqlarını qorusunlar. Qonşu dövlətin işğal olunmuş ərazisində xidmət etməsinlər.

“Ermənistan ictimaiyyətinin narahatlığı, narazılığı orduda, təmas xəttindəki bölmələrdə də əks-sədasını tapır. Ermənistan ordusundakı qanunsuzluqlar, özbaşınalıqlar hərbçilər arasında itkilərə səbəb olur. Bu itkilər əksər hallarda təmas xəttində deyil, qeyri-döyüş şəraitində baş verir. Nizamnamədən kənar münasibətlər səbəbindən düşmən ordusunda ölüm halları, intiharlar daim artır. Bunlar hamısı onu göstərir ki, Azərbaycan Ordusu mənəvi-psixoloji cəhətdən də düşməndən qat-qat güclüdür. Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin mənəvi-psixoloji durumu çox güclü və yüksəkdir”, - deyə polkovnik Şair Ramaldanov vurğulayıb.

Geri dön