Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyada atom enerjisindən tam imtina ilə bağlı debatların keçirilməsi gözlənilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Yaponiyada atom enerjisindən tam imtina ilə bağlı debatların keçirilməsi gözlənilir

Yaponiyada atom enerjisindən tam imtina ilə bağlı debatların keçirilməsi gözlənilir


Yaponiyada iki sabiq Baş nazirin təklifinə əsasən atom elektrik stansiyalarının (AES) tam istismardan çıxarılması ilə bağlı geniş müzakirələrin keçiriləcəyi gözlənilir.

Sabiq Baş nazirlər Züniçiro Koizumi və Morihiro Hosokava ölkədəki bütün AES-lərin istismarının dayandırılması və 2050-ci ildən başlayaraq bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı planla çıxış ediblər.

Sabiq Baş nazirlər bütün siyasi partiyalara müraciətlərində müvafiq qanunvericiliyin hazırlanmasını və parlamentdə geniş müzakirələrin keçirilməsini təklif ediblər.

Məsələyə münasibət bildirən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa vurğulayıb ki, hökumətin yalnız reaktorları müvafiq yoxlamadan keçmiş AES-lərin işinin bərpası ilə əlaqədar planında dəyişiklik yoxdur.

Vüqar Ağayev

Geri dön