Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” çapdan çıxıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Kitab evi > Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” çapdan çıxıb

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” çapdan çıxıb


AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası çərçivəsində yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin "Seçilmiş əsərləri" çap olunub.

Kitab Prezident İlham Əliyevin "Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 19 noyabr tarixli Sərəncamına əsasən, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq nəşr olunub.

"Elm" nəşriyyatında çapdan çıxan kitabın baş redaktoru AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylidir. Kitabın məsul redaktoru filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı, tərtibçisi, ön söz və qeydlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlidir.

Azərbaycan mühacirətinin ədəbi-elmi irsinin geniş ictimaiyyətə təqdimatı məqsədi daşıyan seriyanın ikinci kitabında XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ceyhun Hacıbəylinin (1891-1962) mühacirət illərində qələmə aldığı bədii-publisistik əsərlər və elmi araşdırmalar yer alıb.

Geri dön