Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İncəsənət Muzeyində unikal sərgi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > İncəsənət Muzeyində unikal sərgi

İncəsənət Muzeyində unikal sərgi


Yanvarın 13-14 - də Göte İnstitunun dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində "İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri" adlı unikal sərgi üzrə "açıq qapı" günləri keçiriləcək.

Paytaxt sakinləri və şəhərimizin qonaqlarını Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda qorunan nadir bədii incilərlə yanaşı, Londonun Viktoriya və Albert Muzeyi, Berlinin İslam İncəsənət Muzeyi, Avropa və Azərbaycanda şəxsi kolleksiyalarında saxlanılan misilsiz XVI-XVIII əsrlər Azərbaycanın zəngin bədii xəzinəsini ödənişsiz izləmək imkanı əldə edəcəklər.

Sərgi zamanı macar dizayneri Janet Jirmay tərəfindən təkmilləşdirilərək hazırlanmış perforasiya lentli musiqi qutusunu fırlamaqla naxışlar və xalçaların kodlaşdırılmış musiqisi də təqdim olunacaq.

Geri dön