Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli Əsgər Sultaniyə: “Qərbin Tehrana qarşı qəbul etdiyi sanksiyaların İranın nüvə fəaliyyətinə heç bir təsiri olmayıb”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Əli Əsgər Sultaniyə: “Qərbin Tehrana qarşı qəbul etdiyi sanksiyaların İranın nüvə fəaliyyətinə heç bir təsiri olmayıb”

Əli Əsgər Sultaniyə: “Qərbin Tehrana qarşı qəbul etdiyi sanksiyaların İranın nüvə fəaliyyətinə heç bir təsiri olmayıb”


“ABŞ-ın və Avropanın siyasətçiləri İran xalqına və Tehranın nüvə proqrama qarşı qəbul edilən sanksiyalar barəsində həqiqəti söyləmirlər”. İRİB-nin məlumatına görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə deyib. O bildirib ki, İran İstanbul müzakirələrində əldə olunan razılaşmalara sadiqdir: “Qarşı tərəfin də bu razılaşmalara sadiq qalmasını gözləyirik. Avropanın ölkəmizə qarşı qəbul etdiyi sanksiyalar nəinki İranın nüvə fəaliyyətlərinə heç bir təsir etməyib, əksinə dövlətimizin və xalqımızın iradəsinin daha da möhkəmlənməsinə səbəb olub. Tehrana qarşı təzyiqlər iranlıların Qərb dövlətlərinə olan hiddətləri bir qədər də artıb”.

Geri dön