Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda böyük sərkərdə Abbas Mirzəyə heykəl ucaldıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda böyük sərkərdə Abbas Mirzəyə heykəl ucaldıldı

Güney Azərbaycanda böyük sərkərdə Abbas Mirzəyə heykəl ucaldıldı


Güney Azərbaycanda böyük sərkərdə, Qacar taxt-tacının vəliəhdi Abbas Mirzənin heykəlinin açılış mərasimi keçirilib.

Turkustan.info xəbər verir ki, böyük sərkərdənin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi bazar günü bir çox yerli məsulların iştirakı ilə keçirilib. Heykəl Araz Azad Ticarət Məntəqəsinin Abbas Mirzə meydanında ucaldılıb.

Araz Azad Ticarət Məntəqəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumata görə, 6 metr hündürlüyündə olan heykəl 3 metr hündürlüyündə daşın üstündə qərarlaşıb. Ticarət Məntəqəsinin Texniki İşlər üzrə Bölümünün təşəbbüsü ilə həyata keçirilən layihə ustad Mehrdad Abbaszadə tərəfindən icra olunub.

Məlumata görə, dəmir sütun üzərində ucaldılan heykəl fiberglasdan hazırlanıb, onun 1200 kiloqram çəkisi olduğu bildirilir.

1788-ci ildə dünyaya göz açan Fətəli şаh оğlu Аbbаs Mirzə Azərbaycanın hərb tarixinin görkəmli nümayəndəsi, böyük sərkərdə, qəhrəman və Qacar taxt-tacının vəliəhdidir.

Abbas Mirzə 1799-cu ildən Güney Azərbaycanın, 1831-ci ildən Kеrmаnın və Хоrаsаnın vаlisi оlub. O 47 yaşında şübhəli bir şəkildə dünyasını dəyişib.

Güney Azərbaycanda böyük sərkərdə Abbas Mirzəyə heykəl ucaldıldı
Güney Azərbaycanda böyük sərkərdə Abbas Mirzəyə heykəl ucaldıldı

Abbas Mirzə Azərbaycan valisi olduğu zaman şəhərlərin abadlaşdırılması, hərb, ictimai məsələlər və s. kimi sahələrdə bir çox islahatlara imza atıb. O ordunu gücləndirərək bir çox iğtişaşçı və talançı dəstələri zərərsizləşdirib. Azərbaycanlı sərkərdə rus ordusu ilə savaşda göstərdiyi cəsarətə görə bir müqavimət simvolu kimi tarixə düşüb.

Geri dön