Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə “Mis Süngün” futzal komandasının qələbəsi qeyd olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə “Mis Süngün” futzal komandasının qələbəsi qeyd olunub

Təbrizdə “Mis Süngün” futzal komandasının qələbəsi qeyd olunub


Vərziğanın “Mis Süngün” komandasının futzal super liqa yarışlarında çempion olması azərbaycanlıları sevindirib.

Azərbaycan komandası çərşənbə günü Sarinin “Şəhrvənd” komandasını super liqa yarışlarının 26-cı həftəsində (son həftə) Təbrizin Purşərifi stadionunda məğlub etdikdən sonra super liqanın çempionu məlum olub.

Öz rəqibini 4:0 hesabı ilə məğlub edən Azərbaycan komandası 65 xalla (imtiyaz) turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. İsfahanın “Təsisat Dəryayi” və “Geytipəsənd” komandaları isə 56 və 51 xalla turnir cədvəlinin 2 və 3-cü pilləsində yer alıb.

Bu qələbədən böyük sevinc hissi keçirən “Mis Süngün” komandasının tərəfdarları şənlik edib öz sevinclərini paylaşıblar. Mərasimdə Gənclər və İdman naziri və Təbrizin Futbol Federasiyasının rəisi də iştirak edib.

Təbrizdə “Mis Süngün” futzal komandasının qələbəsi qeyd olunub

Geri dön