Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev Aleksander Şapiro-Sulimanı özünə müşavir təyin edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev > Fərəc Quliyev Aleksander Şapiro-Sulimanı özünə müşavir təyin edib

Fərəc Quliyev Aleksander Şapiro-Sulimanı özünə müşavir təyin edib


Milli Dirçəliş Hərəkatı Partiyasında yeni təyinat olub. Partiya sədri Fərəc Quliyev müvafiq sərəncamla Azərbaycanlılar Yaxın Şərqdə Konqresinin prezidenti, Dünya Sülh Federasiyasının (Universal Peace Federation, UPF) sülh səfiri, doktor Aleksander Şapiro-Sulimanı beynəlxalq məsələlər üzrə partiya sədrini müşaviri vəzifəsinə təyin edib.

Qeyd edək ki, dünya ictimaiətində ictimai-siyasi fəal kimi tanınmış 54 yaşlı Aleksander Şapiro-Suliman həm də uğurlu diaspor fəalı kimi Azərbaycanın beynəlxalq münasibətlərində aktiv iştirak edir.

Çoxşaxəli beynəlxalq fəaliyyətlə məşğul olan insan hüquqlarının müdafiəsi üzrə komisar Aleksander Şapiro-Suliman İnsan Hüququları Müdafiəsi üzrə Beynəlxalq Komitənin ekspertidir. Eyni zamanda o, Yaxın Şərq Tərəfdaşlığı İnstitunun Qüds üzrə rəhbəri, “NPO Policy Simulation Development” strateji mərkəzinin vitse-prezidentidir.

MDHP Mətbuat Xidməti

Geri dön