Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Qarabağ əsrlərin salnaməsi" kitabının təqdimat mərasimi keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > "Qarabağ əsrlərin salnaməsi" kitabının təqdimat mərasimi keçirilib

"Qarabağ əsrlərin salnaməsi" kitabının təqdimat mərasimi keçirilib


Bu gün Beynəlxalq Muğam Mərkəzində "Qarabağ əsrlərin salnaməsi" kitabının təqdimat mərasimi keçirilib.
Nəşr Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanıb.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Ədalət Vəliyev, xalq artisti Fərhad Bədəlbəyli, bir sıra rəsmilər və incəsənət nümayəndələri iştirak ediblər.
Nazir qeyd edib ki, kitabda hər zaman ictimaiyyəti narahat edən Qarabağ mövzusuna toxunulub: "Qarabağ daim Azərbaycan xalqının ürəyində yaşayacaq bir torpaqdır. Hərbi təcavüzlə yanaşı, Ermənistan tərəfindən Azərbaycana mənəvi təcavüz də davam edir. Bunun qarşısını almaq üçün biz hər zaman öz tariximizə hörmətlə yanaşmalıyıq. Təqdim olunan kitab elə bu məqsədi daşıyır".
Kitabda tanınmış qarabağlılar, incəsənət xadimləri haqqında məlumatlarla yanaşı, dünya muzeylərində saxlanılan eksponatlar və Qarabağa aid bugünkü şəkillər də yer alıb.
Layihənin rəhbəri Musa Mərcanlı, elmi məsləhətçisi tarix elmləri doktoru Qasım Hacıyev, taix elmləri namizədi Səbuhi Əhmədovdur. Kitab ingilis, rus və azərbaycan dillərində təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.

Geri dön