Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi məsələsinə oktyabrın 21-də baxılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi məsələsinə oktyabrın 21-də baxılacaq

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi məsələsinə oktyabrın 21-də baxılacaq


Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi məsələsinə təşkilatın Baş Assambleyasının 66-cı sessiyasının oktyabrın 21-də keçiriləcək iclasında baxılacaq.

APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, həmin iclasda Təhlükəsizlik Şurasına ümumilikdə beş dövlət müvəqqəti üzv seçiləcək.

Xatırladaq ki, bir sıra ölkə Azərbaycanın namizədliyini dəstəklədiyini bildirib. Yalnız Ermənistan rəhbərliyi Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçiliyinə qarşı çıxacağını bəyan edib.

Geri dön