Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Parlamentin Gənclər və idman komitəsindən YENİLİK
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Parlamentin Gənclər və idman komitəsindən YENİLİK

Parlamentin Gənclər və idman komitəsindən YENİLİK


Milli Məclisin Milli Məclisin Gənclər və idman komitəsi yenilik edib.

Komitə 2017-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı elektron formada təqdim edib.

Daha sonra isə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov hesabatı təqdim edib.

Fuad Muradov bildirib ki, 2017-ci ilin payız sessiyası dövründə Milli Məclisin Gənclər və idman komitəsinə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə daxil olmuş məktub, müraciət və sənədlərin sayı 124 olub.

“Həmin müraciətlərin 29-u tamamilə, 29-u qismən həll edilib. Daha 20-i əsassız sayılıb, 9-na müvafiq izahat evrilib, 2-i icradadır və 35-i isə baxılması üçün aidiyyatı təşkilatlara göndərilib. Həmçinin 3 aztəminatlı ailənin mənzilinin dam örtüyü təmir edilib. Komitəmiz və deputatlarımız kommunal ödənişlərlə bağlı yaranan problemlərin həllinə çalışıb və bəzi problemlər isə artıq həll edilib. 6 vətəndaşa aylıq, 8 nəfərə isə birdəfəlik olmaqla maddi yardımlar göstərilib”.

Geri dön