Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni səfiri təyin olundu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni səfiri təyin olundu

Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni səfiri təyin olundu


ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Azərbaycandakı səfirinin kim olacağı təsdiqlənib.Ötən gün ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Riçard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatını təsdiqləyib. Hətta senatdakı ermənipərəst senatorlar Robert Menendes və Barbara Bokser də onu dəstəkləyiblər.

R.Morninqstar ABŞ dövlət katibi Hillari Klintonun münaqişə tərəflərini təmkinli olmağa, 1994-cü ildə imzalanmış atəşkəs sazişi çərçivəsindəki öhdəliklərinə əməl etməyə və sülhün bərqərar olması üçün lazımi tədbirləri görməyə çağırmasını təsdiqləyib. O bildirib ki, səfir təyin olunarsa Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün lazımi səyləri göstərəcək. R. Morninqstar Culfadakı erməni məzarlığını ziyarət edəcəyini də söyləyib.

Qeyd edək ki, R.Morninqstar, Avropanın qaz təchizatı üçün Bakı ilə işləyəcəyini, Dağlıq Qarabağ münaqişəsini və İranın Azərbaycana təsirini nəzarətdə saxlayacağını deyib.

Geri dön