Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Parlament partiyalarının növbədənkənar seçki planı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Parlament partiyalarının növbədənkənar seçki planı

Parlament partiyalarının növbədənkənar seçki planı


Azərbaycanda 11 aprel tarixində keçiriləcək növbədənkənar prezident seçkilərinə ciddi hazırlıq görülür. Seçkidə kimlərin namizəd qismində iştirak edəcəyi yaxın günlərdə dəqiq məlum olacaq. Hazırda partiya və siyasi birliklərdə bu istiqamətdə müzakirələr aparılır.

AzVision.az Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında sorğu keçirərək onların seçkidə hansı formada iştirak edəcəyi ilə maraqlanıb.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib ki, seçkidə iştirakla bağlı qərarı partiyanın məclisi verəcək:

“Partiyanın qurultayı may-iyun aylarına təyin olunmuşdu. Biz konfranslarımızı yenicə keçirməyə başlamışdıq. Bununla da qısa müddətdə qurultaya getmək mümkün deyil. Bu baxımdan seçkidə iştirakla bağlı qərarı partiyanın məclisi verəcək”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev qeyd edib ki, partiyanın qurultayında seçkiyə qatılmaqla bağlı qərar verilib: “Seçkinin növbədənkənar təyin olunması səbəbindən nə etməli olduğumuzu bilmirik. Ona görə yaxın günlərdə partiyanın məclisi toplanacaq və seçki ilə bağlı qərarımızı verəcəyik”.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə prezident seçkilərində iştirak edəcəklərini deyib. Onu sözlərinə görə, seçki ilə bağlı yekun qərarı partiyanın plenumu verəcək.

“Qurultayın qərarını plenum dəyişə bilməz. Plenum yaxın vaxtlarda keçiriləcək”.

Ana Vətən Partiyasının (AVP) mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova isə bildirib ki, yaxın günlərdə partiya Ali Məclisinin iclası keçiriləcək.

“Partiya qurultaya hazırlıq çərçivəsində mart ayından başlayaraq rayon təşkilatlarının konfranslarını keçirməli idi. Qurultayın isə iyul ayında keçirilməsi planlaşdırılırdı. Ancaq, növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın verilməsi qurultayın keçirilməsini mümkünsüz edir. Ona görə də yaxın günlərdə partiyanın Ali Məclisin iclasını keçiriləcək və seçkiyə öz münasibətimizi bildirəcəyik”.

Elvin Abdulqədirov

Geri dön