Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran prezidenti ilə Türkiyə XİN rəhbəri arasında görüş keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran prezidenti ilə Türkiyə XİN rəhbəri arasında görüş keçirilib

İran prezidenti ilə Türkiyə XİN rəhbəri arasında görüş keçirilib


İran prezidenti Həsən Ruhani Tehranda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

Bu barədə İRNA agentliyi xəbər verib.

Məlumata əsasən, tərəflər Suriya böhranının həlli məsələlərini müzakirə etdilər.

“Biz regional problemləri həll etmək üçün Türkiyə ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq”, deyə H.Ruhani vurğulayıb.

Qeyd edək ki, Tehranda səfərdə olan M.Çavuşoğlu həmçinin iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə də görüşüb. Görüşdə nazirlər Soçidə keçirilmiş Suriya Milli Dialoqu konqresinin nəticələrini müzakirə ediblər.

Geri dön