Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Astara–Astara dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Astara–Astara dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salınıb

Astara–Astara dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salınıb


Astara (Azərbaycan)–Astara (İran) dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu ilin martında Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir.

Fevralın 8-də Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükü taxta və MDF-dən ibarətdir.

Yük daşımaları Departamentinin rəis müavini Pənah Kərimovun verdiyi məluma görə, hazırda İran İslam Respublikasının Astara stansiyasındakı terminalda vaqonların boşaldılması prosesi gedir.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

Geri dön