Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk diasporu qardaş ölkələrin diasporları ilə daha fəal əməkdaşlıq etmək niyyətindədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan, Diaspor > Türk diasporu qardaş ölkələrin diasporları ilə daha fəal əməkdaşlıq etmək niyyətindədir

Türk diasporu qardaş ölkələrin diasporları ilə daha fəal əməkdaşlıq etmək niyyətindədir


Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamenti bir sıra layihələr həyata keçirir. Departament Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edir.

Bunu Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin nümayəndəsi Fatih Küçük jurnalistlər üçün keçirilən “Diplomatik müxbir” proqramının iştirakçıları ilə görüşdə bildirib. Görüş Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) və Anadolu Agentliyi tərəfindən təşkil olunub.

Fatih Küçük deyib ki, 6 milyondan çox insanın təmsil olunduğu türk diasporu qardaş ölkələrin diaspor təşkilatları ilə əməkdaşlıq edir. Departament xaricdə yaşayan türklərin öz vətəni ilə əlaqələrinin gücləndirilməsi üçün mədəniyyət proqramları həyata keçirməkdə davam edəcək. Bu proqramların iştirakçılarının sayı ildən-ilə artır. Bundan başqa, departament Türkiyədə “mavi kart” almış tələbələrin təhsil haqqının ödənilməsini davam etdirəcək. Hazırda Türkiyədə 108 min əcnəbi tələbə təhsil alır və onlardan 16 mininə təqaüd verilir. Həmçinin vurğulanıb ki, Türkiyədə ali məktəbləri, dil kurslarını təqaüd əsasında, yaxud öz hesabına bitirmiş dünyanın 165-dən çox ölkəsindən olan 110 min məzunun dəstəklənməsi üçün “Türkiyə məzunlarının proqramı” uğurla həyata keçirilir.

Qeyd edək ki, Ankarada fevralın 5-dən 16-dək keçirilən diplomatik jurnalistika sahəsində reportyorların hazırlığı kurslarında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Monqolustan, Gürcüstan və Ukraynadan 24 jurnalist iştirak edir. Təlim proqramı Anadolu Xəbər Agentliyinin Akademiyası və Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi tərəfindən təşkil olunub. Proqramın məqsədi beynəlxalq siyasətin əsas istiqamətlərinə bələd olan, diplomatiya və energetika sahələrində baş verən hadisələrdən məlumatlı reportyorların hazırlanmasıdır. Bu, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqazda gedən prosesləri daha effektli işıqlandırmağa imkan verəcək.

Bundan başqa, kurslar Mərkəzi Asiyadan və Qafqazdan olan reportyorlara diplomatik jurnalistika sahəsində vahid şəbəkə formalaşdırmaq imkanı yaradacaq. Proqram iştirakçıları, həmçinin Türkiyənin regional siyasəti haqqında məlumatlandırılacaq.

Təlim proqramının praktik və nəzəri hissələrdən ibarət olmaqla, ümumilikdə 78 saat davam etməsi nəzərdə tutulur.

Geri dön