Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycan: Kürdlər Bukanda “Türkiyəyə ölüm” şüarı səsləndirdilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycan: Kürdlər Bukanda “Türkiyəyə ölüm” şüarı səsləndirdilər

Qərbi Azərbaycan: Kürdlər Bukanda “Türkiyəyə ölüm” şüarı səsləndirdilər


Bukanın (Bəykəndi) “Sərdar” komandasının kürd tərəfdarları Afrindəki terror qruplaşmalarına dəstək nümayiş etdirərək Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

Radikal kürdlər Türkiyəni Suriyanın Afrin bölgəsində terrorçulara qarşı keçirdiyi “Zeytun budağı” əməliyyatına görə hədəfə alıblar. Onlar fevralın 7-də Bukanın “Sərdar” və Əhvazın “İstiqlal” futbol komandalarının görüşü zamanı “Türkiyəyə ölüm” şüarı səsləndiriblər. Terrorçu qruplara dəstək verən “Sərdar” tərəfdarları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı da şüar veriblər.

Stadionda PKK terror qruplaşmasının bayrağı və onun rəngində olan Şeypurlar da gözə dəyib.

Türkiyə əleyhinə şüar səsləndirən radikal qrupların nümayəndələri polisin müdaxiləsi olmadan sərbəst şəkildə istədikləri şüarı dilə gətiriblər. Onlar oyun bitdikdən sonra meydanın ortasına axışaraq rəqs və şənlik də ediblər. Bukan stadionunda olub-bitənləri Təbrizin “Traxtur” görüşündə baş verən hadisələr və polisin Azərbaycan komandasının tərəfdarlarına olan münasibəti ilə müqayisə edəndə rejimin ölkə əhalisinə qarşı ayrı-seçkilik siyasətini görmək mümkündür.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də kürd terror qruplaşmalarına qarşı başlayıb.

Bukan şəhəri Qərbi Azərbaycan Əyalətində yerləşir. Son illərdə bu məntəqədə mühacir kürdlərin sayı artıb. Bölgənin kürdləşdirmə siyasəti azərbaycanlıların etirazına baxmayaraq planlı şəkildə davam etdirirlir.

Geri dön