Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kəleybər Məhkəməsi 3 azərbaycanlı milli-mədəni fəal haqda həbs və şallaq hökmü çıxarıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Kəleybər Məhkəməsi 3 azərbaycanlı milli-mədəni fəal haqda həbs və şallaq hökmü çıxarıb

Kəleybər Məhkəməsi 3 azərbaycanlı milli-mədəni fəal haqda həbs və şallaq hökmü çıxarıb


Kəleybər Məhkəməsi azərbaycanlı fəallar Təbriz sakini Milad Əkbəri, Əhər sakini Əkbər Cagangiri və Ərdəbil sakini Murtaza Pərvin haqqında qiyabi hökm çıxarıb.

Babək qalası mərasimində iştirak etdiklərinə görə fəalların hər biri 4 ay həbs və 40 şallaq zərbəsinə məhkum edilib.

Kəleybər Məhkəməsinin 101-ci Şöbəsi İslam Cəza Qanununun 618-ci maddəsini rəhbər tutaraq fevralın 4-də hökm çıxarıb.

Azərbaycanlı fəallar “Babək qalasında qanunsuz toplaşmaq və qeyri-ənənəvi şüarlar səsləndirməklə ümumi asayişi pozmaq” kimi qondarma ittihamla üzləşiblər.

Hökmə əsasən fəalların hər biri 18 milyon rial ödəyərsə, həbs cəzası cərimə cəzası ilə əvəzlənəcək. Əks halda məhkəmə hökmü icra olunacaq.

Qeyd etmək lazımdır ki, mədəni və siyasi hüquqlara dair beynəlxalq konvensiyada insan qüruruna toxunan şallaq kimi təhqiramiz cəza növləri qadağan edilib.

2017-ci il iyunun 30-da Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ənənəvi ad günü mərasimi üçün Babək qalasına (Bəzz qalası) yürüş edən çox sayda milli-mədəni fəal, rejimin Azərbaycan əleyhinə həyata keçirdiyi ayrı-seçkilik siyasətinə etiraz etməklə yanaşı azərbaycanlı siyasi məhbuslar, o cümlədən mühəndis Siyamək Mirzayinin azadlığa buraxılmasını tələb etmişdilər. M.Əkbəri, Ə.Cagangiri və M.Pərvin həmin mərasimdə daha 10 fəalla birlikdə saxlanılaraq zindana aparılıb, sonra müvəqqəti azadlığa buraxılmışdır.

Kəleybər Məhkəməsi 3 azərbaycanlı milli-mədəni fəal haqda həbs və şallaq hökmü çıxarıb

Geri dön