Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan İlahiyyat İnstitutu yaradılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İslam dini > Azərbaycan İlahiyyat İnstitutu yaradılıb

Azərbaycan İlahiyyat İnstitutu yaradılıb


Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq tapşırılıb. Təhsil Nazirliyi isə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həmçinin iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

Geri dön