Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbil divarları üzərində siyasi qrafit...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbil divarları üzərində siyasi qrafit...

Ərdəbil divarları üzərində siyasi qrafit...


Ərdəbil xiyabanlarında təxminən hər gün azərbaycanlı milli-mədəni fəallar tərəfindən yazılmış yeni şüarlara rast gəlinir.



Rejimin Azərbaycana qarşı irqçi siyasətinin davam etməsi əlaqələndirilmiş fəaliyyətlərin güclənməsi, şüarların günü-gündən artması və fərqli şəkillərdə yazılmasına səbəb olur.



Son məlumata görə, Ərdəbil şəhərinin bəzi məntəqələrində qrafit texnikası ilə yazılmış milli şüarlara rast gəlinir. Divarlar üzərində böyük hərflərlə yazılan şüarda İranın mərkəzçi siyasətinə etiraz edilib və azərbaycanlıların işsizlik və digər problemlərdən dolayı doğma vətənlərini tərk edərək İranın mərkəzi şəhərlərinə mühacirət etmələri barədə xəbərdarlıq edilib.



Şəkildə göründüyü kimi, son günlərdə müşahidə olunan şüar “Hər il Güney Azərbaycanda 80 mindən çox insan məcburi olaraq yoxa çıxır” və “Stop mərkəzçi Tehran” sözündən ibarətdir.

Geri dön