Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı müğənni Qulamrza İmandar həbs cəzasına məhkum edilib – Hökmün təsviri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı müğənni Qulamrza İmandar həbs cəzasına məhkum edilib – Hökmün təsviri

Azərbaycanlı müğənni Qulamrza İmandar həbs cəzasına məhkum edilib – Hökmün təsviri


Azərbaycanlı fəal, məşhur “Daha nağıllara inanmıram mən” mahnısını oxuyan müğənni Qulamrza İmandar Mərənd Məhkəməsi tərəfindən həbs cəzasına məhkum edilib.

GünAz TV mətbuat mərkəzinə verilən məlumata görə, Mərənd Məhkəməsinin 2-ci Şöbəsi yanvarın 31-də çıxardığı qərara əsasən Q.İmandarı 6 ay həbs və bir milyon tümən nağd cəriməyə məhkum edib.

Fəal məhkəmənin hakimlərini (4 il əvvəl) tənqid etdiyinə görə ictimaiyyəti təşvişə salmaqda günahlandırılıb.

Hökmdə hakimin adı qeyd olunmayıb. Hakim məsuliyyətdən yayınmaq məqsədi ilə hökmə imza da atmayıb.

Müttəhim çıxarılan hökmə 20 gün ərzində etiraz edə bilər.

Qeyd edək ki, Q.İmandarın “Daha nağıllara inanmıram mən” mahnısının klipi azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Lakin İranın kiber-polisi (Fəta) müğənnidən məhkəməyə şikayət etdiyi üçün Mərənd Məhkəməsinin 2-ci Şöbəsi onun saxlanılması haqda qərar çıxarıb. Bundan sonra yaxalanan müğənni bir müddət təcridxanada müvəqqəti olaraq saxlanılıb.


Azərbaycanlı müğənni Qulamrza İmandar həbs cəzasına məhkum edilib – Hökmün təsviri

Azərbaycanlı müğənni Qulamrza İmandar həbs cəzasına məhkum edilib – Hökmün təsviri

Geri dön