Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” Omanda “Əhəhli”yə uduzdu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” Omanda “Əhəhli”yə uduzdu

“Traxtur” Omanda “Əhəhli”yə uduzdu


Təbrizin “Traxtur” futbol komandası Asiya Çempionlar Liqası çərçivəsində keçirilən A qrupunun birinci görüşündə Səudiyyə Ərəbistanının “Ələhli” komandasını Omanın paytaxtı Məsqət şəhərində qəbul edib.

Fevralın 12-i saat 19:00-da Əlsib stadionunda keçirilən görüşün ev sahibi “Traxtur” sayılır.

Oyunun birinci hissəsində heç bir komanda tərəfindən qol vurulmasa da, 68-ci dəqiqədə “Ələhli”nin oyunçusu Məhənd Əhməd bir qol vuraraq hesabı açıb. Bundan sonra rəqib komandaların bütün cəhdlərinə baxmayaraq hesab oyunun sonunadək dəyişməyib. Bununla da oyun 0:1 hesabı ilə “Ələhli”nin xeyirinə yekunlaşıb.

Bu görüş Ərtoğrul Sağlam “Traxtur”u çalışdırdıqdan sonra komanda üçün birinci məğlubiyyət sayılır. Bundan öncə “Traxtur” Ə.Sağlamın baş məşqçiliyində keçirilən 3 oyunda məğlub olmamışdır.

“Traxtur”-“Ələhli” görüşü İranla Səudiyyə Ərəbistanı arasında olan siyasi gərginlikdən dolayı üçüncü ölkədə keçirilib.

N.S

Geri dön