Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDB PA-nın Azərbaycanda Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyası fəaliyyətə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > MDB PA-nın Azərbaycanda Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyası fəaliyyətə başlayıb

MDB PA-nın Azərbaycanda Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyası fəaliyyətə başlayıb


Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının Azərbaycanda növbədənkənar Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyası fəaliyyətə başlayıb.
Bu barədə MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, MDB PA DİMBİ-i monitorinqi aprelin 11-nə təyin edilən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar olaraq təsdiq olunan İş Planına əsasən aparır.
Müxtəlif istiqamətlərdə həyata keçiriləcək uzunmüddətli monitorinqlər seçkilərin elan edilməsindən rəsmi nəticələrin dərc olunmasınadək olan müddəti əhatə edəcək. MDB PA DİMBİ-nin Bakı filialı nəzdində yaradılan Qərargahın Lənkəran, Şəki, Gəncə, Sumqayıt bölgələrində filialları formalaşdırılacaq və həmin filialların ekspertləri bu bölgələrdə monitorinqlər aparacaqlar.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.

Geri dön