Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dağıstanda itlər uşağı parçalayaraq öldürüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Dərbənd > Dağıstanda itlər uşağı parçalayaraq öldürüb

Dağıstanda itlər uşağı parçalayaraq öldürüb


Rusiyanın Dağıstan Respublikasının Səməndər qəsəbəsinin Sulakskaya küçəsində hüquq-mühafizə orqanları 4 yaşlı uşağın parçalanmış halda cəsədini aşkar etdikdən sonra araşdırmaya başlayıblar.

Bu barədə Dağıstanın İstintaq Komitəsinin saytı xəbər verib.

Fevralın 15-də uşaq qısa müddətə nəzarətsiz qalıb, evin qapısından çıxıb və itkin düşüb. Valideynləri bir neçə saat onu axtardıqdan sonra polisə müraciət ediblər.

"Təxminən, 23:30 radələrində uşaq bədəni parçalanmış halda evdən 800 metr aralıda tapılıb. Uşağın ölümü itlərin hücumları və onu parçalaması nəticəsində ola bilər", - qurumun məlumatında deyilir.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırırlar.

Geri dön