Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağ qaziləri adından Aydın Şükürovun Millət Vəkili Fərəc Quliyevə müraciəti
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Qarabağ qaziləri adından Aydın Şükürovun Millət Vəkili Fərəc Quliyevə müraciəti

Qarabağ qaziləri adından Aydın Şükürovun Millət Vəkili Fərəc Quliyevə müraciəti


HƏRƏKATÇI, MILLƏT VƏKILI FƏRƏC QULIYEV :" RUSIYANIN AZƏRBAYCANI ITIRMƏSIN DEYƏ SÜNI ŞƏKILDƏ YARATDIĞI QARABAĞ PROBLEMI ARADAN QALDIRILMALIDIR. RUSIYA ERMƏNI MAŞASI ILƏ BIR BOĞAZI TUTUB. BIZ DÜNYANI INANDIRMALIYIQ KI, QARABAĞ MƏSƏLƏSI HƏM DƏ ONLARIN PROBLEMIDIR. EYNI ZAMANDA, AZƏRBAYCAN CƏMIYYƏTI DƏ BU MƏSƏLƏNIN ÜZƏRINƏ BIRLIKDƏ GETMƏLIDIR."
(Məqsəd, Qarabağ məsələsinə görə, Milli İradənin müəyyənləşdirilməsi üçün Xalqın bir araya gətirilməsidi.
Xalq bir araya gəlsə, Demokratiyanın Və Qarabağın qələbəsinin ilk addımı ordan başlayacaq! )

Qarabağ Qaziləri də ilkin addım olaraq təklif edir ;

HÖRMƏTLI FƏRƏC BƏY !

TƏQDIM OLUNAN BU SƏNƏDI, AR MILLI MƏCLISININ MÜZAKIRƏSINƏ ÇIXARMAĞI SIZDƏN XAHIŞ (TƏLƏB ) EDIRIK !
TORPAQLARIMIZIN IŞĞALDAN AZAD OLUNMASI ÜÇÜN, MILLI IRADƏ MÜƏYYƏNLƏŞDIRƏN XALQ QURULTAYI ÇAĞRILMALIDI. !!
İşğal altında olan torpaqların azad olunması üçün nə etməli.. ?!
Vətənimiz yağı tapdağı altındadır,onun işğaldan azad olunması NAMUS məsələsi, ŞƏRƏF işidir.
Ölkə əhalisinə bu məzmunda müraciətin hazırlanıb çatdırılması.
1. Milli iradənin ortaya qoyulması üçün , Xalq qurultayının hazırlanması və keçirilməsi. Xalq Qurultayının çağrılması zərurətinin yaranmasının səbəbi kimi,BMT-nin 18 il əvvəl qəbul etdiyi məlum 4 qətnamənin yerinə yetirilməməsi göstərilisin.Xalq Qurultayında BMT məlum qətnamələrinin müzakirəsi və Milli iradənin müəyyənləşdirilməsi.
2. Xalq Qurultayının, Milli iradəni əks etdirən qərarının həyata keçirilməsi.
Xalq Qurultayını necə hazırlamalı :
1. Bütün partiyalara, ictimai təşkilatlara, birliklərə bununla əlaqədar bütün səviyyələrdə, ucqar dağ kəndlərindən tutmuş böyük şəhərlərə qədər səlahiyyətli nümayəndələri seçmək təklifi ilə müraciət etmək.
2. Ali hakimiyyət orqanlarına Xalq Qurultayının keçirilməsinə şərait yaradılması təklifi ilə müraciət etmək.
3. Xalq Qurultayının təşkili ilə bağlı ilkin işçi qurumun müəyyənləşdirilməsi və təşəbbüs göstərənlər üçün açıq qapı elan olunması.
4. Xalq Qurultayının hazırlığı ərəfəsində KİV –də geniş ictimaiyyətin cəlb olunması ilə müzakirələrin aparılması.
5. Xalq Qurultayının keçirilməsini təmin etmək.
6. Ölkə rəhbərliyinə, hakimiyyət orqanlarına Milli iradənin yerinə yetirilməsi gərəkliyinin aşılanması.
7. Milli iradənin yerinə yetirilməsi üçün bütün zəruri addımları atmalı.

Bu sənəd, Azərbaycanda və Azərbaycandan kənarda fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatların,partiyaların,birliklərin, siyasi institutların,AR Milli Məclisinin müzakirəsinə təqdim olunsun.

Azərbaycanın Dövlət müstəqilliyi mücahidi, Qarabağ Qazisi Aydın Şükürov.

Geri dön