Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İslam Əməkdaşlıq Təşkilatının baş katibi Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > İslam Əməkdaşlıq Təşkilatının baş katibi Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.

1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş qırğın zamanı həyatını itirmiş hər kəsin xatirəsini yad edən baş katib Xocalı hadisəsinin Ermənistan tərəfindən Azərbaycan ərazisinin işğalının nəticəsi olduğunu vurğulayır. O, işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və genosid kimi qiymətləndirən İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilmiş qətnamələrə və İslam Sammitinin 12-ci iclasının Qahirə Yekun Kommunikesinə istinad edib. Baş katib Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini bir daha qeyd edib.

Geri dön