Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezident Azərbaycan və Moldova hökumətləri arasında hərbi sahədə əməkdaşlıq sazişini təsdiqləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Prezident Azərbaycan və Moldova hökumətləri arasında hərbi sahədə əməkdaşlıq sazişini təsdiqləyib

Prezident Azərbaycan və Moldova hökumətləri arasında hərbi sahədə əməkdaşlıq sazişini təsdiqləyib


Prezident İlham Əliyev Azərbaycan hökuməti və Moldova hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanla Azərbaycan hökuməti və Moldova hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında 2017-ci il aprelin 24-də Kişinyov şəhərində və iyunun 12-də Bakı şəhərində imzalanmış saziş təsdiqlənib.
Fərmanın 1-ci hissəsində göstərilən saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova hökumətinə bildiriş göndərəcək.

Geri dön