Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu

Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu


Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.

Onun sözlərinə görə, MSK 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari il martın 3-nə qədər başa çatdırılması qərara alınıb.

N.Məmmədov əlavə edib ki, Azərbaycanda seçicilərin sayı 0.6 faiz, yəni 28 792 nəfər artıb.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Geri dön