Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəsədxana: 2050-ci ilə qədər asteroidlərin Yerlə toqquşma ehtimalı milyonda birdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Rəsədxana: 2050-ci ilə qədər asteroidlərin Yerlə toqquşma ehtimalı milyonda birdir

Rəsədxana: 2050-ci ilə qədər asteroidlərin Yerlə toqquşma ehtimalı milyonda birdir


Aparılan araşdırmalar göstərir ki, 2050-ci ilə qədər asteroidlərin Yerlə toqquşma ehtimalı milyonda birdir.

Bunu Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

X.Mikayılovun sözlərinə görə, 2050-ci ilə qədər asteroidlərin Yerlə toqquşması ehtimalı yoxdur. 2050-ci ilədək Yer üçün heç bir təhlükə gözlənilmir. 2050-ci ildən sonra isə ehtimal təxminən 1000-də birdir. Yəni 1000 asteroiddən biri Yerlə toqquşa bilər".
Asteroidlərin yaxınlaşması ilə vulkanların püskürməsi, sunaminin baş verməsi arasında əlaqənin olması barədə iddialara cavab verən X.Mikayılov qeyd edib ki, asteroidlərin Yerə yaxınlaşması heç bir vulkanik proseslərə, sunamilərin baş verməsinə təsir göstərmir:

"Vulkan püskürməsi onun daxilində toplanıb qalmış enerjinin püskürməsi nəticəsində baş verir. Yaxud 40 metr ölçüsündə olan göy cismi okeana düşərsə, orada necə sunami yarada bilər ki?! Okeana gərək min kilometrlərlə ölçüsü olan göy cismi düşsün ki, sunami hadisəsi baş versin".

Geri dön