Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dərbəndin azərbaycanlı başçısı ev dustaqlığına məhkum edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Dərbənd > Dərbəndin azərbaycanlı başçısı ev dustaqlığına məhkum edilib

Dərbəndin azərbaycanlı başçısı ev dustaqlığına məhkum edilib


Dağıstan Respublikasının Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə Rusiya İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.

Məhkəmə M. Cəlilovun ev dustaqlığına məhkum edilməsi barədə qərar verib.

İstintaqın məlumatına görə, 2015-ci ildə M. Cəlilov vəzifə səlahiyyətlərini aşaraq iki yerli sakinə hər biri bir hektar olmaqla həyatyanı sahənin verilməsi haqqında qanunsuz qərar çıxarıb. Bununla da o, Dərbənd bələdiyyəsinə 2,2 milyon rubl ziyan vurmuş olub.M. Cəlilov azərbaycanlıdır.

Qeyd edək ki, Dağıstan Rusiyanın ən kasıb regionlarından biridir. Hazırda Dağıstanda Moskvadan olan güc strukturlarından ibarət komissiya fəaliyyət göstərir. Bundan əvvəl regionda korrupsiya cinayətləri ilə əlaqədar hökumətin yüksək vəzifəli şəxsləri, baş nazir, onun iki müavini və təhsil naziri, eləcə də Mahaçqala meri və baş memarı həbs olunublar.

Geri dön